“Şah” Vəzir qambitində rusiyalı dünya çempionuna qalib gələrək öncüllüyü ələ keçirib

Berlinin “Külhaus” sərgi mərkəzində şahmat tacı uğrunda iddiaçıların yarışında 6-cı turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, son dünya çempionu norveçli Maqnus Karlsenə (2843) rəqib olmaq üçün bu nüfuzlu mücadilədə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov (2809) ağlarla Vladimir Kramniklə (2800) görüşüb.

Yanvarda Niderlandın Veyk-an-Zey şəhərində keçirilən superturnirdə rusiyalı 14-cü dünya və 3-qat olimpiya çempionu ilə heç-heçə edən “Şah” bu dəfə qalib gəlməyi bacarıb. Həmyerlimizə Vəzir qambiti qələbə gətirib. Endşpildə böyük fiqur üstünlüyü qazanan həmyerlimiz uzun sürən matçın 64-cü gedişində şimallı həmkarını təslim edib. Mükafat fondu 420 min avro olan turnirin digər matçlarında bu nəticə qeydə alınıb:

Fabiano Karuana (2784, ABŞ) – Aleksandr Qrişşuk (2767, Rusiya) 0,5:0,5
Dinq Liren (2769, Çin) – Sergey Karyak (2763, Rusiya) 0,5:0,5
Uesli Co (2799, ABŞ) – Levon Aronyan (2794, Ermənistan) 1:0

1-2. Şəhriyar Məmmədyarov, Fabiano Karuana – 4 xal; 3-5. Vladimir Kramnik, Aleksandr Qrişşuk, Dinq Liren – 3; 6-7. Levon Aronyan, Uesli Co – 2,5; 8. Sergey Karyak – 2.

Həmin kateqoriyadan