“Şah” yerini qoruyur

FİDE dekabr ayı üçün reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarovun mövqeyində dəyişiklik olmayıb. Azərbaycanlı qrossmeyster 2817 xalla 3-cü pillədə yerini qoruyub. O, dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan (ABŞ, 2832) 15 xal geridədir.

Siyahıda bizdən Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2671) 72-ci,  Qədir Hüseynov (2664) 82-cidir.

Qadın şahmatçıların əmsalında Günay Məmmədzadə (2422)47-ci yerdədir. Xanım Balacayeva 62-ci (2397) və Gülnar Məmmədova 2368 xalla 99-cudur.

Həmin kateqoriyadan