Şahanə Nəzərovadan 3-cü yer

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında növbəti medal sorağı güləşçilərdən gəlib. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda Şahanə Nəzərova (43 kq) ilk görüşdə braziliyalı Elena Heloisa Martines, sonra nigeriyalı Tolulop Kristina Oqunsanyana qalib gəlib.

Ancaq 3-cü tutaşmada son dünya birinciliyinin finalında uduzduğu amerikalı Emili Şilsonla yenə bacarmayıb. Ruhdan düşməyən idmançımız qrupda son qarşılaşmada fransalı Justin Fanni Viquroya qalib gələrək, bürünc medal uğrunda “A”-dada 2-ci pilləni tutan monqolustanlı Enxzul Batbaatarla üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 7:6 üstələyən Şahanə “dördilliy”i 3-cü pillədə başa vurub.

Həmin kateqoriyadan