FOTO
Şahdağda «Red Bull Şah Xalça» adlı kreativ idman yarışı keçiriləcək

Fevralın 8-də Şahdağ dağ xizəyi kurortunda «Red Bull Şah Xalça» adlı kreativ idman yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kostyumlu iştirakçılar müxtəlif ləvazimatlarla dağdan uzunluğu 80 metr olan yamaca enməklə hündürlüyü 80 sm olan trampilinin üzərindən soyuq su ilə dolu hovuza tullanırlar. Ən maraqlısı, rəqabət aparanlar hərəkət vasitəsi olaraq xalçadan istifadə edirlər.

Müsaqibədə hərəsində 2-3 şəxs olmaqla, 20 komandanın mübarizəsi nəzərdə tutulub. Qalibləri münsiflər heyəti müyyənlənlədirəcək. Belə bir tədbir ilk dəfə ötən ilin 22 fevralında baş tutub. 23 kolletivin iştirak ediyi yarışda qalib adını «Xalça oğruları» qazanıb.

Əldəqayırma təyyarə-xalçalarla tramplində «üçüş» tamaşaçılara böyük mənzərə, unudulmaz əyləncə, çoxlu drayv və ekstrim bəxş edəcək. Tədbirə KİV əməkdaşları da ezam olunacaq. Bu qeyri-adi layihə Şahdağ Turist Kompleksinin tərəfdaşlığı ilə keçirilir.

AD P-20140223-00115_News P-20140223-00140_News