Sahib Ələkbərov: Ölkəmizin beynəlxalq səviyyədə tanınmasıda “Tour d’Azerbaidjan”nın da rolu var

Mayın 2-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə veloturun təşkilat komitəsinin sədri Sahib Ələkbərov və yarışın texniki direktoru Roland Hofer iştirak ediblər. Adı ilk çəkilən mütəxəssis 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017″ barədə ətraflı məlumat verib. Bildirib ki, yarış gözəl idman tədbiri olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır.

Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildiyi halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək.

Həmin kateqoriyadan