Şahin Diniyev baş məşqçilik etdiyi komandaya oğlunun qol vurmasına nə münasibət bildirdi?

Bu gün Premyer liqanın 5-ci tur çərçivəsində «Qarabağ» Gəncədə «Kəpəz»i 3:2 üstələyib. Allsport.az saytı xəbər verir ki, matçda susqunluğu 39-cu dəqiqədə Coşqun Diniyev açıb. O, atası Şahin Diniyevin çalışdırdığı komandaya 11-metrlik cərimə zərbəsindən qol vurub. Görüşdən sonra meydan sahiblərinin baş məşqçisi bu məqama belə şərh verib:

“Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu:

“2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki “get özünə yer tap, daha evə gəlmə”. Sözsüz, bütün bunlar zarafatdır. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdır. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.

Həmin kateqoriyadan