Şahin Diniyev: “Hər bir oyun bizim üçün final matçına bərabərdir”

Premyer liqanın 23-cü turunda “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bu oyunun hazırlığını başa vurub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi kapazpfc.az saytına fikirini bölüşüb:

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt” ilə görüşümüz çətin olacaq. Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik.

Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.

Həmin kateqoriyadan