Şahin Diniyev: Sevinirəm ki, 5 matçdır komanda uduzmur

“Kəpəz” – “Sumqayıt” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matç ilə bağlı bunları deyib:

“Əvvəlcə Novruz bayramı münasibəti ilə hamını təbrik edirəm. Bizim bu qələbəmiz “Kəpəz”in azarkeşləri üçün bayram hədiyyəsi oldu. O ki, qaldı oyuna, matç gərgin alındı. İlk yarıda lazımı nəticəni qazandıqdan sonra ikinci hissədə daha çox oyunumuzu əks-hücumlarla qurmaq istədik.

Növbəti qolu vurmaq üçün imkanlarımız var idi. Layiqli qələbə qazandıq və yolumuza davam edirik. Son görüşlərimizin hamısı ağır keçir. Bu gün bizə oyundan çox 3 xallıq nəticə lazımdır. İtirdiklərimizi onsuzda itirmişik, amma sevinirəm ki, 5 matçdır komanda uduzmur. Baxmayaraq ki, güclü rəqiblərlə qarşılaşmışıq”.

Həmin kateqoriyadan