Şahmat olimpiadası-2020 Xantı-Mansiyskdə keçiriləcək

2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib.

Xantı-Mansiysklə yanaşı, Argentina və Slovakiya şəhərləri də mötəbər yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Müzakirələrdən sonra, ali qurum Xantı-Mansiyskə üstünlük verib.

Xatırladaq ki, 2018-ci il olimpiadası Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

Həmin kateqoriyadan