Şahmat tacı uğrunda namizəd şəhərlər

Argentina və Birləşmiş Ərəb Əmirlikləri 2020-ci ildə dünya şahmat tacı uğrunda görüşü keçirməyə namizədliklərini irəli sürüb. 

Allsport.az xəbər verir ki, bu barədə FIDE-nin prezidenti Arkadi Dvorkoviç məlumat verib verib. 

Həmin görüşdə üz-üzə gələcək şahmatçılardan biri hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olacaq. O, 2020-ci ilin mart – aprelində Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq İddiaçılar Turnirinin qalibi ilə görüşəcək. Həmin turnirin iştirakçılarından biri də Teymur Rəcəbov olacaq. 

Maqnus Karlsen 2013-cü ildə Hindistan şahmatçısı Vişvanatan Anandı yenərək, dünya şahmat tacına yiyələnib. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və 2018-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda ABŞ təmsilçisi Fabiano Karuana üzərində qələbə sayəsində titulunu qoruyub.

Həmin kateqoriyadan