Şahmatçılarımız 2-ci turda hansı komandalarla qarşılaşacaq?

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci turun təqvimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. 2-ci komanda Litvanı, 3-cü Belarusu sınağa çəkəcək. Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcəklər.

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. 2-ci Monqolustan, 3-cü kollektivimiz Türkiyə ilə qarşılaşacaq. Favoritlərdən Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliya çahmatçıları ilə görüşəcək.

Həmin kateqoriyadan