- Baxış sayı: 43
- 23 Aprel 2024 10:00
- Baxış sayı: 30
- Aprel 23, 2024
- 0
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının səkkizinci turunun oyunları başa çatıb. Allsport.az xəbər verir ki, yarışda 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamızın – “Azərbaycan” komandasının Ukrayna millisi ilə qarşılaşması heç-heçə başa çatıb. “Azərbaycan-Naxçıvan” komandası isə Honkonq komandası ilə “sülh”ə razılaşıb.
“Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə isə Özbəkistan və Qazaxıstan komandaları qərarlaşıblar.