Şahmatçılarımız Soçidə 2-ci, basketbol və voleybol komandalarımız 4-cü oldu

Rusiya Federasiyasının Soçi şəhərində I Ümumdünya Gənc Vətənpərvərlərin Oyunları keçirilib. Allsport.az xəbər verir ki, 32 ölkənin iştirak etdiyi oyunlarda Azərbaycan yığma komandası basketbol, voleybol, şahmat idman növləri üzrə təmsil olunub.

Yüksək əzmkarlıq göstərən Azərbaycan yığma komandası ümumi komanda hesabında şahmat üzrə ikinci yeri, basketbol və voleybol üzrə oyunlarda isə dördüncü yeri tutub.

Həmçinin Soçidə I Avropa Oyunlarının təqdimat mərasimi də keçirilib. Mərasimdə digər ölkələrin nümayəndələrinə ölkəmiz haqqında geniş məlumat verilib və nümayəndə heyətlərinin rəhbərlərinə I Avropa Oyunları ilə bağlı suvenir və xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan