Şakir Seyidov – mövsümün ən gənc futbolçusu

Topaz premyer liqasının 12-ci turunda “Sabah” – “Qarabağ” matçı (1:1) debütant komandanın futbolçusu Şakir Seyidov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, görüşün 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi güclülər gəstəsində ilk oyununa çıxıb.

Premyer liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Xatırladaq ki, Şakir Seyidov bir neçə gün öncə Tiflisdə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən həmyerlimiz, yığmamızın uğurunda pay sahibi olub.

Həmin kateqoriyadan