- Baxış sayı: 30
- 18 Aprel 2024 14:08
- Baxış sayı: 34
- Aprel 18, 2024
- 0
Oktyabrın 5-6-da Şamaxıda “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə 7-ci açıq respublika turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Şamaxı olimpiya idman kompleksində 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaqlar.
Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcəklər. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.