Şamaxıda dünya çempionunun şərəfinə yarış

29-30 sentyabrda Şamaxı Olimpiya İdman Kompleksində veteranlar arasında dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında 5-ci açıq respublika turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışın açılışə ayın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən “Şirvan” Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq.

Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.

Həmin kateqoriyadan