Samboçumuz finalda Artur Sərkisyanı məğlub etdi, Avropa çempionu oldu

Azərbaycan milli komandasının samboçusu Amil Qasımov Avropa çempionu olub. Allsport.az saytı xəbər verir ki, Tatarıstan paytaxtı Qazanda keçirilən yarışın 2-ci günündə döşək üzərinə çıxan idmançımız 74 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qızıl medala sahib olan həmyerlimiz finalda erməni əsilli Ukrayna təmsilçi Artur Sarkisyanı məğlub edib. Həlledici görüşdə 9:0 hesabı ilə qalib gələn samboçumuz Avropa çempionu adını qazanıb.

Amil Qasımov2 Amil Qasımov3

Həmin kateqoriyadan