Samir Ələkbərov “Sumqayıt”da

Yeni mövsümdə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Samir Ələkbərov “kimyaçılar”ın baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

2004-2005-ci illərdə “Neftçi”, 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş mütəxəssisin sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət millimiz olub.

Həmin kateqoriyadan