Samir Əliyev: “Qarabağ” 2-ci hissədə bizi tam sıxdı

Premyer liqasının 10-cu turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Samir Əliyev oyun sonrası mətbuat konfransında KİV-lə görüşdü. Allsport.az saytı xəbər verir ki, gənc mütəxəssis məğlubiyyətə belə izah verdi:

“Birinci hissədə, rəqib 11 nəfər olanda daha yaxşı oynadıq. Bir topumuz dirəkdən qayıtdı. Əks hücumda təhlükəli idik. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı nəticə qazanacağımızı gözləyirdik.

Amma “Qarabağ” sıradan rəqib deyil. Növbəti hissədə bizi tam sıxdı. Onların təzyiqi sonda bəhrəsini verdi, qol vurub qalib gəldilər”.

Həmin kateqoriyadan