Samir Abbasov: 2-ci hissədə rəqibin təzyiqi nəticəsində “oturmalı” olduq.

“Zirə”nin baş məşqçisi Samir Abbasov Topaz premyer liqasının 20-ci turunda “Qarabağ”la səfərdə qolsuz bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, 41 yaşlı mütəxəssis uduzmadıqları üçün, razı qaldığını deyib.

“Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir. 2-ci hissədə rəqibin təzyiqi nəticəsində “oturmalı” olduq. Əks-hücumlarda imkanlarımızdan istifadə edə bilmədik.

Həmin kateqoriyadan