Samir Abbasov: 4-cü qolu vurmağa vaxt çatmadı

“Zirə”nin baş məşqçisi Samir Abbasov ölkə kubokunun yarımfinalında “Sumqayıt”a qarşı cavab oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:3 hesabı ilə bitən görüşdən sonra bunu söyləyib:

“Həddən artıq istəkli idik. Ancaq “yediyimiz” ilk qol bizi balansdan saldı. Sonra ardıcıl 2 qol buraxdıq. İkinci hissədə 3 qol vurduq, bəlkə vaxt çatmadı ki, 4-cü qolunu vuraq. Həyat qurtarmır, bu, son deyil.

Bu cür oynasaq, bəzi dəyişiklik olsa, yaxşı komandamız var. Bu mövsümü bir az uğursuz saya bilərik. Futboçulara bir söz demək həm gecdir, həm də haqqımız çatmır. Paltardəyişmə otağımızda necə sükutdur”.

Həmin kateqoriyadan