Samir Abbasov: “Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir”

“Zirə” Antalyada qış toplanışının ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra baş məşqçimiz Samir Abbasov bunu söyləyib:

“İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir.

Hazırlığımız yaxşıdır. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu.

Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.

Həmin kateqoriyadan