Samir Abbasov: Bilmirik ki, 1 xal qazandıq, yoxsa 2 xal itirdik

Premyer liqanın 3-cü turunda “Zirə” – “Sabah” arasında görüş 1:1 yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra ev sahibi komandanın baş məşqçisi Samir Abbasov bunu söyləyib: 

“Gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə daha yaxşı oyun göstərdik. Ən azı 1 xal qazandıq. Bunu da bilmirik ki, 1 xal qazandıq, yoxsa 2 xal itirdik. Uşaqlar möhtəşəm xarakter göstərdi.

Bizi xarakter çatışmazlığına görə qınayırdılar. Yavaş-yavaş yaxşıya doğru gedirik. Azarkeşlərimiz də bizi dəstəklədilər. Bunun nəticəsində hesabı bərabərləşdirdik”.

Həmin kateqoriyadan