Samir Abbasov: Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu

“Zirə” Antalyada qış təlim-məşqində 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Macarıstanın “Paksi” komandası ilə matç “qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra baş məşqçimiz Samir Abbasov bunu deyib:

“Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündür normal havada çalışdıq. Bu gün komandamın bəlkə də ağır olmağı bu səbəblərdəndir. Buna baxanda ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq.

Ancaq bu gün futbolçularımızın ağır olmağını başa düşürəm. Yağışlı hava, palçıqlı meydança öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq. Heyətimizdə yeni futbolçular da olacaq.

Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar”. 

Həmin kateqoriyadan