- Baxış sayı: 18
- 19 Mart 2024 12:26
- Baxış sayı: 76
- Mart 17, 2024
- 0
“Zirə” – “Keşlə” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abbasov mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, 2:0 yendikləri görüş barədə bunu söyləyib:
“Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik. Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. “Keşlə” ilə bəzi oyunlarımız alınmır.
Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq”.