Samir Abbasov: Nə üzülürük, nə də sevinirik

Topaz premyer liqasının 17-ci turunda “Zirə” – “Neftçi” oyunundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ev sahibi klubun baş məşqçisi Samir Abbasov görüşlə bağlı bunu deyib:

“Udsaydıq, bizə əlavə motivasiya, əlavə stimul olacaqdı. Nə üzülürük, nə də sevinirik. Hər iki tərəfin qol imkanları oldu. Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı görüşlər olur.

Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki oyun göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm”.

Həmin kateqoriyadan