Samir Abbasov: Uduzmağımıza baxmayaraq, futbolçulardan çox razıyam

“Zirə”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 22-ci turunda “Səbail”ə qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında 1:2 hesabı ilə bitən görüşlə bağlı bunu deyib:

“Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularımızdan həddən artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm. Təəsüf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqibə də heç-heçəyə gəlmişdi.

Gedişatdan da bəlli idi, meydandakı hərəkətlərdən idi. Bu da normaldır. Bizə çətin olsa da, yaxşı oynayırıq. Maşallah, son vaxtlar çox yaxşı oyun göstəririk. Ümid edirik ki, vaxt gələcək, nəyəsə nail olacağıq”.

Həmin kateqoriyadan