Samir Abbasovdan sülhə şərh

“Zirə” və “Qəbələ” yoxlama oyunundan sülhlə ayrılıb. Allsport.az saytı xəbər verir ki, “qartallar”ın baş məşqçisi Samir Abbasov 1:1 başa çatan oyun barədə bunu söyləyib:

“Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədi. Təkcə bu oyuna görə yox, ümumiyyətlə, hazırlığın geridə qalan müddətinə əsasən deyirəm. Sanki onlar üçün mövsüm bitməyib.

Meydanda çox hərəkətli idilər. Bu hələ ilk oyunumuz idi. Qarşıdakı görüşlərdə rotasiya da edəcəyik. Bolu toplanışında da çalışacağıq ki, komanda tam istədiyimiz vəziyyətdə olsun.

Həmin kateqoriyadan