Samir Abbasov: Gücümüz, bacarığınız çatmadı

“Zirə” premyer liqanın 7-ci turunda evdə “Qəbələ” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu deyib:

“Yaxşı olardı ki, udaq, 3 xalımızı qazanaq. Əfsuslar olsun ki, bu cür həyəcanlı matçda 1 xal qazandıq. Bu cür oyuların aqibəti belə olur. Bir qol buraxırsan, çətin vəziyyətə düşürsən. Hesabı tez bərabərləşdirsək də, qələbə topunu vurmağa 20-25 dəqiqə vaxtımız olsa da, rəqibin həddən çox qapanmağı bizə müdafiəsini yarmağa imkan vermədi.

Gücümüz, bacarığınız çatmadı. İlk dövrəni 10 xalla başa vurma istəyiridk. Buna nail olmamağımız üzücü oldu. Xoş odur ki, rəqiblər xal baxımından uzaqlaşmayıb. Ancaq bundan sonra matçlar daha çətin olacaq”.

Həmin kateqoriyadan