Samir Cəbrayılovdan “Qara dəniz turu”nda növbəti uğur

Türkiyədə 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara dəniz turu” davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın Rizə ve Girəsun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsi yığma komandamız üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran millimizin üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020-yə daha 1 lisenziya xalı qazanıb.

Digər velosipedçimiz Elçin Əsədov bu dəfə 11-ci olub. 2 mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçimiz ilk 10-luqda qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidir. Xatırladaq ki, adları çəkilən velosipedçilərimiz 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular. 

Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər. Xatırladaq ki, heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.

Həmin kateqoriyadan