Samir Məsimovlu “Domjale” avroliqaya hazırlaşır

Sloveniyanın “Domjale” klubu yeni mövsümün hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu heyəti qarşıda Avropa Liqası gözləyir.

Komanda hazırlığa 30 futbolçu ilə başlayıb. Onların arasında həmvətənimiz də var. Qeyd edək ki, “Domjale” Avroliqada mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Həmin kateqoriyadan