Samit Nuruzadə: Məktəblərdə basketbolu daha inkişaf etdirməliyik

Basketbol federasiyası cari ilin yekunlarına dair mətbuat konfransı təşkil edib. Allsport.az saytı xəbər verir ki, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə yığma komandanın baş məşqçisi Samit Nuruzadə ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıb. O, ölkəmizdə basketbolun inkişafı üçün beşillik proqram hazırlandığını bildirib:

“Beş ildən sonra yaxşı nəticə əldə etmək və güclü basketbolçular yetişdirmək üçün səylə çalışmalıyıq. Bunun üçün ilk növbədə, məktəblərdə basketbolu daha inkişaf etdirməliyik. Hazırda bu iş görülür, amma daha da təkmilləşdirilməlidir.

Bundan başqa, U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqları toplayıb, onlarla daha çox çalışmalıyıq. Eləcə də komandalar, yarışlar və oyunların sayı əvvəlki illərlə müqayisədə artırılmalıdır. Əsas məqsədlərdən biri də gələn il Bakıda keçiriləcək İslam Həmrəylik oyunlarında iştirak etməkdir. Gənc komandamızın Avropa çempionatında oynaması da qarşıda duran hədəflər arasındadır.

Həmin kateqoriyadan