Sara Menendez: Bakıda hər bir cüdoçumuzdan medal gözləyirəm

“Xeyli vaxtdır dünya çempionatına hazırlaşırıq. Texniki və taktiki baxımdan çox yaxşı toplanış keçmişik. Hər biri milli üzvünün məqsədi dünya çempionatında medal qazanmaqdır”. Allsport.az saytı xəbər verir ki, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez sentyabrın 20-27-də milli gimnastika arenasında keçiriləcək dünya çempionatı haqqında danışarkən deyib.

O, bütün çəki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurğulayıb: “Bu, çətin olsa da, mümkünsüz deyil. Milli komandamızın hər bir üzvü mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”.

Azərbaycan cüdo millisinin güclü rəqiblərdən olduğunu vurğulayan Sara Alvarez Menendez deyib: “Azərbaycan cüdoçularının əksəriyyəti güclüdür. Çempionata gəldikdə isə, digər dünya çempionatları kimi, bu yarışın da Bakıda əla təşkil olunacağına inanıram”.

Həmin kateqoriyadan