Saypulla Absəidov: Bu komanda ilə rəhbərliyin qarşımıza qoyduğu məqsədə yetişə bilərik

Yenidən sərbəst güləş yığmamıza baş məşqçi təyin olunan Saypulla Absəidov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, məsuliyyətli işin altına girdiyini söyləyən təcrübəli mütəxəssis qarşıya qoyulan hədəflərdən də danışıb:

“Federasiya rəhbərliyi yenidən bu vəzifəyə məni layiq gördüyü üçün şadam və minnətdaram. Çox məsuliyyətli bir vəzifə həvalə olunub. Növbəti il dünya çempionatı lisenziya xarakteri daşıyır. Biz Qazaxıstanın paytaxtı Astanada olimpiadaya vəsiqələr əldə etməliyik. İndi iş planı və hazırlıq sistemi haqqında fikirləşirəm. 2019-cu ilə müxtəlif beynəlxalq turnirlərlə başlayacağıq.

Apreldə Avropa çempionatı, iyunda isə 2-ci Avropa oyunlarına qatılacağıq. Sözsüz ki, əsas məqsəd sentyabrda keçiriləcək dünya çempionatında uğurlu çıxış etməkdir. Hədəflərimiz dəyişilməz qalır. Yaxşı məşqçilərimiz var. Heyətimiz də kifayət qədər güclüdür. Komandamızda həm təcrübəli, həm də böyük perspektiv vəd edən gənc güləşçilər var. Belə kollektivlə rəhbərliyin qarşımıza qoyduğu hədəfə çata bilərik”.

Həmin kateqoriyadan