Seçmə cüdoçularımız “Dünya ustaları”nda

16-17 yanvarda Sankt-Peterburqda cüdoçuların “Dünya ustaları” yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda əsas millimizin üzvləri iştirak edəcək.

Bunlar Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauridir (+100 kq).

«World Masters»də ilk yeri tutan 1800, 2-ci pillənin sahibi 1260 və 3-cü sıranın sahibləri 900 əmsal xalı qazanacaqlar. Sonrakı mövqelərdə qərarlaşanlar 648 (5) və 468 (7) xala sahiblənəcəklər.

Həmin kateqoriyadan