FOTO
Seçmə mərhələ iştirakçıları üçün təqdimat

Xəbər verdiyimiz kimi, noyabrın 10-dan etibarən Bakıda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunları keçirilir. Allsport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib.

Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Həmin kateqoriyadan