Mənsur ATƏŞ
“Sent-Etyenn” matçında “perpendikulyar” erməni təxribatı…

“Qarabağ”ımızla hələ “F” qrupunun qapısını araladığımız zaman, perpendikulyar formada sallanan burunlarının ziliyini axıdan üç erməni dığası, Ermənistandakı üç milyon ermənini təmsilən Ensxede təmsilçisi “Tvente”nin qələbəsinə ümid edir, dua edirdilər. Rəngləri doğuşdan sarı olan hollandların qrup mərhələsinə adlaya bilməmələrinin təsirindən məyus, üzgün, nə qədər kefsiz olduqları haqqında yazmaq istəmirəm. Onların məyusluğunu anlayıram. Hərcənd, bəzi hollandlar qarşılaşmadan öncə komandamızı ciddiyə almayıb sosial şəbəkələrdə satirik tərzdə cızma-qara da yazmışdılar. 90 dəqiqə Ensxede tərəfdarları oyunda nə satira, nə də yumor gördülər. Amma biz azərbaycanlılar yumoru son dəqiqələrdə dəfələrlə gördük. Perpendikulyar burunlu erməniləri Niderland televiziyası təkrar-təkrar ekranlara gətirdi. Onların rəngləri doğuşdan sarı deyil, 1:1 hesabı ermənilərin rəngini saraltmışdı. İkinci görüntüdə üzləri qaralmışdı.

Ekranlarda son dəfə göstərildiklərində “buqələmun” olduqları avropalıların yaddaşına həkk olundu: “Erməni – iki üzlü”. Həmin ikiüzlülər çağrılmamış qonaq kimi, kostyumlarını geyinib, təsbehlərini alıb, “Qarabağ”ımızın məğlubiyyətinə sevinmək üçün “Mavi” simvollu holland sırasında oturmuşdular. Simvol haqqında yazdıqlarımla hollandları əsla aşağılamaq kimi bir niyyətim yoxdur. Ermənilərin bir müddət sonra həmin simvola iddia edib, əslində, öz mədəniyyətlərinin hollandlar tərəfindən oğurlandığını dünyaya car çəkəcəklərinə şübhə etmirəm və Niderland kralının yaxın zamanlarda mədəniyyətlərinin bir parçasını itirmələrinə üzüləcəyini bilirəm. Bizim lalə dünyaya «holland tülpanı» kimi tanıdılıb, bizim hollandlardan geri alacağımız var. Ermənilər bizdən geri qalmamaqdan ötrü niderlandlıların simvollarından yerdə qalanı, maviliyə iddia edəcəklərinə siz də şübhə etməyin…

Ansi Aqollinin ayağından Muhərrəmə ötürmə və qapı torunu silkəliyən top da yaşıl meydanda perpendikulyar xətt cızdı, yynilə  ermənilərin burnu kimi. Həmin qol həm də ermənilərin burnunu cızdı!

Qrupa düşmək “Qarabağ”lılar qədər də, qarabağlıların, digər regionlarımızın uzun illərdən bəri ümid etdiyi nəticə idi. “Qarabağ” zəfərinə sevinənlər, sadəcə, azərbaycanlılar deyil, hətta qonşu xalqlar, xüsusilə türkiyəli futbolsevərlərdir. Klubun rəsmi feysbuk səhifəsində sürətlə «bəyən»ənin sayı artdıqca, səhifəni bəyənənlərin böyük qisminin Türkiyə və qonşu ölkələrdən olan internet istifadəçiləri olduğu qürurverici haldır.

Qrupdakı mübarizə isə hələ davam edir…

Əlbəttə, “Qarabağ”ımızın qrupdan çıxmasını kimsə tələb etmir, amma, bu, o demək deyil ki, kimsə klubumuzun qrupdan çıxmasını istəmir. Qrupdan çıxacağımız təqdirdə milyonların sevincinə dünya şahidlik edəcək. Qurbanovun yetirmələri bunu bacarmasa, növbəti illəri səbr və səbirsizliklə gözləyəcəyik. “Dnipro” rəhbərliyi daha bir səfər qələbəmizə şübhə edir. Çox gözəl, etsin. Rəqiblərimiz istərsə rahat oynasın, istər əsəbləri gərilmiş olsun – “Qarabağ” hər oyuna qələbə, nəticə əzmiylə çıxdığından, Fransadan nəticə ilə, “İnter”lə ev qarşılaşmasındansa qələbə ilə ayrılacağımıza inanaq. Hər iki matçı məğlub tərk etsə belə, qələbəyə inanaq, həmişə inanaq.

“Qarabağ”ımız onsuz da qrupa qalmaqla bizlərə böyük sevinc yaşadıb. Həmin sevinc hisslərinin bir daha nə zaman yaşanacağından asılı olmayaraq, növbəti qələbələrə qədər onu yaddaşımızdan silməyək.

Fransada komandamıza qarşı erməni təxribatı baş verə bilər. Təxribat baş verərsə və həmin oyundan nəticə ilə, qələbəylə ayrılarsaq, “perpendikulyar” xəbərləri birlikdə izləmək ümidi ilə.

 

Həmin kateqoriyadan