Serbiyanı Avropa Oyunlarının kanoe yarışlarında kimlər təmsil edəcək?

Avropa Oyunlarının kanoe yarışlarında Serbiyanı təmsil edəcək ilk idmançılar bəlli olub. Allsport.az xəbər verir ki, Ada Ciganlija yarımadasında idmanın kayak və kanoe növləri üzrə keçirilmiş milli seçmə yarışlarda uğurlu nəticə göstərən 10 idmançı Serbiyanı Çex Respublikasında keçiriləcək qitə çempionatında və “Bakı-2015” ilk Avropa Oyunlarda təmsil etmək hüququ qazanıb.

Serbiyanın kayak üzrə millisinin məşqçisi Miroslav Rodiç idmançıların nəticələrindən razı olduğunu bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların yekun siyahısı bir neçə günə bəlli olacaq.

Həmin kateqoriyadan