Sergey Omelçenko dünya kubokunda 9-cu olub

ABŞ-ın Los Angeles şəhərində velosipedin trek növü üzrə dünya kubokunun sonuncu, 4-cü mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Sergey Omelçenko keyrində 25 iştirakçı arasında 9-cu olub.

Bu nəticə ona aktivinə 250 reytinq xalı yazmağa imkan verib. O, bunadək bu yarışın 1-ci mərhələsində 80, 2-ci və 3-cü mərhələlərin hər birində isə 175 xal qazanmışdı.

Beləliklə, dünya kubokunun 4 mərhələsinin yekununa əsasən, Sergey Omelçenko 680 xalla bütün mərhələlərdə iştirak etmiş 42 velosipedçi arasında 13-cü olub ki, bu da ona apreldə Honqkonqda keçiriləcək dünya çempionatının keyrin növündə iştirak hüququ verib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcüd reqlamentinə əsasən, dünya çempionatında iştirak etmək üçün velosipedçilər dünya kubokunun mərhələ yarışlarında müvafiq reytinq xalları qazanmalıdır.

Həmin kateqoriyadan