Şeydayev Səmədov baradə: “Səninlə oynamaq çox xoş idi”

Millimizin hücumçusu Ramil Şeydayev karyerasını bitirdiyini elan edən Aleksandr Səmədov barədə xoş söz deyib. Allsport.az saytı xəbər verir ki, Moskva “Dinamo”sunun 23 yaşlı futbolçusu şəxsi Feysbuk hesabında həmkarına gələcək həyatında uğurlar arzulayıb:

“Bu gün peşəkar futbolçu karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Səmədova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa, səninlə eyni komandada oynamaq çox xoş idi”.

Qeyd edək ki, Şeydayev və Səmədov ötən mövsüm “Krılya Sovetov”da birgə çıxış ediblər.

Həmin kateqoriyadan