Seyid Musayev “Arzu”suna çatıb

Binə Atçılıq Mərkəzinin qapalı manejində konkur növü üzrə “Arzu” kuboku sona yetib. Allsport.az saytı xəbər verir ki, “E” dərəcə yarışında “Sərhədçi”nin üzvü Dünyamalı Qurbanbəyov “Wasab I” ləqəbli atla 1-ci yeri tutub.

“M*” yarışında ilk pilləyə bu klubun digər çaparı Seyid Musayev “Cissy” atl ilə yüksəlib. Mübarizənin 2-ci mərhələsində “S*” (130-140 sm) üzrə hər yaş qrupundan atlılar iştirak ediblər. Burada “Arzu” kubokuna adı son çəkilən cokey sagib çıxıb.

İkigünlük turnirin ümumi mükafat fondu 5000 manat olub.

Həmin kateqoriyadan