“Shamkir Chess 2017″nin püşkü atılıb

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” superturnirinin püşkatma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq. Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi və reytinq favoriti Uesli Soya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub. Turnir aprelin 21-də saat 15:30-da Şəmkirin Heydər Əliyev Mərkəzində start götürəcək.

Radoslav Voytaşek (Polşa) – Vladimir Kramnik (Rusiya)
Veselin Topalov (Bolqarıstan) – Maykl Adams (İngiltərə)
Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) – Pentala Harikrişna (Hindistan)
Pavel Elyanov (Ukrayna) –  Teymur Rəcəbov (Azərbaycan)

 

Həmin kateqoriyadan