Sidney olimpidasının mükafatçısı: Pərviz Bağırov potensialını tam göstərmədi

«Pərviz Bağırov sırf mənim tələbəmdir. Onun «Baku Fires»də debütündən razı qaldım. Amma o, potensialını tam göstərmədi. Daha yaxşı çıxış edə bilərdi».

Bu açıqlamanı allsport.az saytına Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 4-cü turunda “Rafako Hussars Poland” komandasına qalib gələn döyüşdən sonra Sidney olimpidasının bürünc mükafatçısı Vüqar Ələkbərov dedi. Gənc mütəxəssis bildirdi ki, «Baku Fires»in səviyyəsi yüksəkdir və komandamız növbəti mərhələyə adlayacaq:

««Baku Fires»də səviyyəli boksçular cəmlənib. Bu gün idmançılarımız yaxşı təsir bağışladı. Əminəm ki, komandamız mərhələ adlayıb, WSB liqasından lisenziya qazanacağıq».

Həmin kateqoriyadan