Şimali İrlandiya – Azərbaycan görüşünün bütün biletləri öncədən satılıb

DÇ-2018-in seçmə mərhələsində gələn ay keçiriləcək Şimali İrlandiya və Azərbaycan komandalarının oyununda anşlaq gözlənilir.

Allsport.az saytı xəbər verir ki, Belfastın “Vindzor Arena”sında yəşkil olunacaq qarşılaşma üçün satışa çıxarılan bütün biletlər artıq öz sahibini tapıb.

Bu stadion 18 614 azarkeş tutumuna malikdir. Qeyd edək ki, Şimali İrlandia – Azərbaycan görüşü noyabrın 11-də keçiriləcək.

Həmin kateqoriyadan