Şimali İrlandiya millisinin hücumçusu “ay-ulduzlular”ımızla oyunu buraxacaq

Dünya Kuboku-2018-in seçmə ələməsində gələn ay millimizin qonağı olacaq Şimali İrlandiya komandası görüşə itki ilə çıxacaq. Allsport.az saytı xəbər verir ki, rəqib aparıcı üzvlərindən Ceymi Uordı itirib.

O, İngiltərə çempionşipində çıxış edən “Nottingem Forest”in heyətində zədələnib. Tibbi müayinədən keçən hücumçunun zədəsinin ciddi olduğu bildirilir.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan