Şimali İrlandiya yığmasının kapitanı: Rəqib əks-hücumda çox təhlükəlidir

“Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Görüşün nəticəsi qrupdakı gələcək taleyimizi müəyyənləşdirəcək”. Allsport.az saytı xəbər verir ki, bu sözü Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: “Müdafiəyə daha çox fikir verirlər, rəqib əks-hücumda çox təhlükəlidir. Heyətlərində güclü futbolçular var”. Devisin fikrincə, sabahkı görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. O, ev oyunularında maksimum xal toplamağa çalışdıqlarını da söyləyib.

Qeyd edək ki, noyabrın 11-də Belfastdakı “Windsor Park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Həmin kateqoriyadan