Slavçev: Bunu edənlərin məqsədi “Qarabağ”ın futbolçularını gülməli vəziyyətə salmaq idi

“Mən bu hərəkəti təkcə bir komandaya qarşı deyil, həm də bütün millətə edilən çirkin təxribat olaraq görürəm və qınayıram. Bunu törədən şəxs bizim diqqətimizi pozmaq, hər şeydən öncə isə Azərbaycanın adına xələl gətirmək istəyirdi”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev öz ölkə mətbuatına deyib. Avropa liqasının “A” qrupunun 2-ci turunda “Düdelanj”la səfər oyununda ermənilər tərəfindən törədilən təxribata münasibət bildirən futbolçu hadisə barədə bunu danışıb:

“Dron aşağı enib, yuxarı qalxırdı. Bunu edən şəxsin məqsədi futbolçuları, xüsusilə də azərbaycanlı oyunçuları gülməli vəziyyətə salmaq idi. Onlar bayrağı tutmaq üçün balaca uşaqlar kimi havaya hoppanırdılar. Yaxşı ki, sonradan emosiyalarımızı cilovlaya bildik”.

Həmin kateqoriyadan