“Simurğ”un keçmiş baş məşqçisi “Spartak”da oynayan həmvətənimizi tənqid edib

Zaqatalanın fəaliyyətini dayandırmış “Simurq”un klubunun keçmiş baş məşqçisi Sergey Yuran “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev haqqında danışıb. Allsport.az saytı xəbər verir ki, hazırda “Zorki”yə rəhbərlik edən 50 yaşlı mütəxəssis, 23 yaşlı yarımmüdafiəçini ciddi tənqid atəşinə tutub. O, həmvətənimizi “qladiatorlar”ın digər üzvü Denis Qluşakovla müqayisə edib: 

“Quliyev Qluşakovdan geri qalır. Denis daha yaxşı təsir bağışlayır. Ayaz hələ “Spartak”ın əsas kompozisiyasının oyunçusu deyil. “Rostov”da çıxış edərkən, onda hər şey alınırdı. Amma burada tamam fərqli təzyiq və vəzifələr var. Çempionatın sonunda eksperiment aparmağın lazım olduğunu düşünmürəm. Nəticə vermək üçün təcrübəli Qluşakov var”.

Həmin kateqoriyadan