FOTO
“Simurq” kubok matçına hazırlığı başa vurdu

“Simurq” Azərbaycan Kubokunun 2014/15-ci il mövsümünə start verir. Allsport.az xəbər verir ki, 1/8 final mərhələsindən mübarizəyə başlayacaq Zaqatala klubu doğma arenada 1-ci divizion təmsilçisi “Rəvan”ı qonaq edəcək.

Georgi Çixradzenin yetirmələri saat 17:00-da başlayacaq qarşılaşmaya hazırlıqları tamamlayaraq, matçın start fitini gözləməyə başlayıb. Çalışmalarda son zamanlar zədə səbəbindən komandadan ayrı düşən Banas Adam və Murad Səttarlıda iştirak edib. Yalnız Vüqar Mustafayev məşqlərə hələ də başlamayıb.

Tural Axundov da bu oyunda iştirak edə bilməyəcək. Vitse-kapitan ötən mövsüm “Araz Naxçıvan”la kubok matçında qırmızı vərəqə aldığından bu görüşdə forma geyinə bilməyəcək.

Həmin kateqoriyadan