“Simurq”da yeni müqavilə

“Simurq” müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb. Allsport.az xəbər verir ki,26 yaşlı futbolçu daha iki il Zaqatala klubunun şərəfini qoruyacaq.

Ötən mövsümün əvvəlində bölgə təmsilçisinin heyətinə cəlb olunan “18 nömrə” indiyə qədər Premyer Liqada 44 matçda “sarı-qaralı” forma geyinib. Tural Axundov 2017-ci il iyun ayının sonuna qədər “Simurq”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, Tural buna qədər “Muğan”da və “Rəvan”da karyerasın davam etdirib və 94 matçda forma geyinib.

Həmin kateqoriyadan